Xətai rayonunda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də 1984-cü il təvəllüdlü Elməddin Fətəliyevin qəsdən öldürülməsi barədə Xətai Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Fətəliyevin Xətai rayonunun NZS qəsəbəsindəki avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu Elməddin Fətəliyevi ov tüfəngindən bir dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Arif Fətəliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]