XƏZƏR DƏNİZ NEFT DONANMASININ DALĞICLARI ÜÇÜN HAVA-DALĞIC KURSLARI KEÇİRİLMİŞDİR
Xəzər Dəniz Neft Donanması ilə Beynəlxalq Dəniz Podratçıları Assosiasiyasının “Təlim Müəssisələri” kateqoriyaları üzvü olan “İnterdive Services Ltd” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, donanmanın dalğıcları ilə İMKA hava-dalğıc kursları keçilmişdir.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, kurslarda iştirakçılar sualtı qəzanın aradan qaldırılması, suda boğulanların xilası, süni nəfəsvermə yolu ilə insan həyatının xilas edilməsi üsullarına yiyələnmişlər. Dinləyicilər sualtı boruların elektrik və oksigen üsulu ilə qaynağı və kəsilməsini həyata keçirmiş, çilingər və hidrotexniki alətlərdən istifadə etmişlər. Dalğıclar su altında çalışan insanların həyat fəaliyyətinin təminatına yönəlmiş mühəndis işlərini də həyata keçirmişlər.
Kurslar müvəffəqiyyətlə başa çatmışdır. Donanmanın 5 dalğıcına İMKA hava-dalğıcı supervayzerinin assistenti sertifikatı, 14 dalğıca isə hava-dalğıcı sertifikatı təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]