Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər İsayev: Əminəm, “Gömrükçü”lərimiz idmanın inkişafına töhfələrini daha da artıracaqlar

Xəzər İsayev: Əminəm, “Gömrükçü”lərimiz idmanın inkişafına töhfələrini daha da artıracaqlar

Bakı, 18 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

2018-ci ilin idman uğurlarında bu sahədə fəaliyyət göstərən klub, cəmiyyət və məktəblərin də böyük payı var. Bu nailiyyətlər arasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” İdman Klubunun yetirmələrinin əldə etdikləri uğurlar da xüsusi vurğulanmalıdır.

DGK İSM-in baş direktoru Xəzər İsayev AZƏRTAC-a müsahibəsində Mərkəzin idman klubunun yetirmələrinin burada çalışan peşəkar məşqçi-müəllimlərin səmərəli fəaliyyəti nəticəsində dünya və Avropa çempionatlarında, digər beynəlxalq turnirlərdə, o cümlədən ölkədaxili yarışlarda böyük nailiyyətlərə imza atdıqlarını bildirib. Qeyd edib ki, hazırda klubda Olimpiya idman növləri, o cümlədən karate, boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, cüdo, üzgüçülük, stend atıcılığı, idman dırmanması, futbol və qeyri-Olimpiya idman növləri olan kikboksinq, çerlidinq, kempo-karate və kobuda, kik-cutsi, uşu-sanda, muay-tay, pauerliftinq, kontakt-karate, budo, şaolin döyüş sənəti və şahmat kimi idman növləri üzrə perspektivli idmançılar hazırlanır.

Bildirilib ki, DGK İSM-in “Gömrükçü” İdman Klubu ötən il müxtəlif idman bölmələri üzrə bir çox açıq birinciliklər, çempionatlar və beynəlxalq turnirlər təşkil edib.

Klubun idman tədbirlərində kütləviliyin
təmin olunmasına xüsusi diqqət yetirilir

Xəzər İsayev müxtəlif növlər üzrə açıq birinciliklərdə idmançıların ustalıqlarının artırılmasına, yarış təcrübələrinin zənginləşməsi ilə yanaşı, kütləviliyin təmin edilməsinə də xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, yeniyetmə, gənclər və böyüklər arasında boks üzrə açıq birincilik və çempionatlar, karate üzrə kiçik kadetlər, kadetlər, yeniyetmələr və gənclər arasında açıq birincilik, mini-futbol üzrə kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında turnirlər, futzal idman növü üzrə çempionat, cüdo üzrə kiçik kadetlər, kadetlər və yeniyetmələr arasında açıq birinciliklərdə çoxlu idmançı qüvvəsini sınayıb. “Gömrükçü” İdman Klubunda boks üzrə yeniyetmələr, gənclər və böyüklər arasında, taekvondo üzrə 2004-2006-cı, 2007-2008-ci il təvəllüdlü uşaqlar və yeniyetmələr, idman dırmanmasının çətinlik növü üzrə kiçikyaşlı yeniyetmələr arasında açıq birinciliklərin, sambo və futbol üzrə yeniyetmələr və kiçikyaşlı yeniyetmələr arasında beynəlxalq klublararası açıq birinciliklərin maraqlı mübarizə şəraitində keçdiyini bildirib. Respublika nazirlikləri, komitə və agentlik əməkdaşları arasında stolüstü tennis, kiçikyaşlı yeniyetmə və yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə klubun təşkil etdiyi ənənəvi açıq birinciliklərində idman qurumunun yetirmələri böyük nailiyyətlərə imza atıblar.

İdmanın 12 növü üzrə 77 qızıl, 46 gümüş, 87 bürünc medal...

“Gömrükçü” İdman Klubunun yetirmələri 2018-ci il ərzində 77-si qızıl, 46-sı gümüş, 87-si bürünc olmaqla, ümumilikdə 210 medal qazanıblar. Xəzər İsayev qeyd edib ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin diqqət və qayğısı sayəsində DGK İSM-in yetirmələri ötən ili böyük uğurla başa vurublar.

Baş direktor beynəlxalq arenada yüksək nailiyyət qazanan idmançıların arasında sərbəst güləş üzrə Rahid Həmidlinin İranda böyüklər arasında “Təxti” kubokunda və Bakıda birinci Türk Universiadasında qazandığı gümüş, İtaliyada gənclər arasında Avropa birinciliyində əldə etdiyi bürünc medalını qeyd edib. Pauerliftinqçi Gündüz İsmayılovun Gürcüstanda keçirilən Avropa, Yekaterinburqda və Moskvada dünya çempionatlarının qalibi olması da xüsusi vurğulanıb. Qeyd edilib ki, taekvondo üzrə Xanoğlan Kərimov gənclər arasında dünya birinciliyində, yunan-Roma güləşçisi Kərim Cəfərov Rumıniyada 23 yaşadək dünya çempionatında gümüş medal qazanıblar. Yunan-Roma güləşçisi Taleh Məmmədov Ukraynada böyüklər arasında təşkil edilən beynəlxalq turnirdə, şahmatçı Səbinə İbrahimova birinci Türk Universiadasında yüksək nəticələr əldə ediblər. Belə bir uğura Rahib Məmmədov Lixtenşteyndə keçirilən atletika üzrə Avropa çempionatında imza atıb. Taleh Süleymanov, Ayaz Qəmbərli, Xanoğlan Kərimov, Nihad Abbasov, Yaşar Məmmədli, Ofeliya Allahverdiyeva taekvondo üzrə klublararası Avropa birinciliyinin mükafatçıları olublar.

“Tokio 2020”yə daha çox lisenziya
əldə etmək əsas məqsədlərdən biridir

“2019-cu il “Tokio 2020”yə əsas hazırlıq illərindən biridir. 2016-cı ildə klubumuzun yetirməsi Patimat Abakarova taekvondo üzrə Rio Olimpiadasının bürünc medalını qazanıb. İdmançılarımızı qarşıda Avropa, dünya çempionatları, Tokio Olimpiadasına lisenziya yarışları gözləyir. “Tokio 2020”yə daha çox lisenziya əldə etmək əsas məqsədlərdəndir.

Ötən Olimpiya Oyunlarında yığma komandamız 18 medal qazanaraq böyük uğura imza atıb. İdmançılarımızın əldə etdikləri möhtəşəm qələbə hər birimizdə qürur hissi yaradır. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində böyük qayğı göstərilir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqəti sayəsində bu sahə özünün inkişafının ən yüksək zirvəsinə çatıb. Əminəm ki, “Gömrükçü”lərimiz idmanın inkişafına töhfələrini daha da artıracaqlar”, - deyə Xəzər İsayev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir YENİLƏNƏCƏK

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb