Xəzər rayonunda “Abad həyat, sağlam həyat” deviz ilə idman turniri keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Sağlam həyatın təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə idman tədbiri keçirilib.
Xəzər Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd rayonda idman kütləviliyinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Buzovna İdman Zalında təşkil olunmuş yarışda Xəzər rayonunun yeniyetmələri iştirak ediblər.
Tədbirdə iştirak edən yeniyetmələrə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.