Xəzər Universitetində beynəlxalq onlayn konfrans keçirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi üzrə beynəlxalq onlayn konfrans” (İCPL 2020) keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 110 müəllifin və həmmüəllifin iştirak etdiyi konfransa 82 məqalə təqdim olunub. Konfransda yer almış məqalələrin bir hissəsi Azərbaycan, digər qismi isə Rusiya, İran, Gürcüstan, Braziliya, Rumıniya, Bolqarıstan, Ukrayna, Pakistan, ABŞ, İraq, Nigeriya, Oman, Yaponiya, Finlandiya, Səudiyyə Ərəbistanı və s. ölkələrin tədqiqatçıları tərəfindən göndərilib.
Açılış mərasimində universitetin rektoru, dosent İradə Xəlilova, İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri Bahman Amani, Təbriz Universitetinin əməkdaşı Yaser Hadi çıxış ediblər. Sonra İngilis dili və ədəbiyyatı departamentinin tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova məqalə və panellər haqqında məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:54]
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək
- 01.10.2026 [11:51]
“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr
- 01.10.2026 [11:39]
Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
- 01.10.2026 [11:30]
Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır
- 01.10.2026 [11:02]
Dekan: Baytarlıq sahəsində əsas problem kadr çatışmazlığıdır VİDEO
- 01.10.2026 [10:53]