REGİONLAR
Xocalı şəhəri yaşıllığa bürünür FOTO
























Xocalı, 21 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad olunmuş Xocalı şəhərində geniş tikinti, bərpa-quruculuq işləri ilə bərabər, yaşıllıq sahələrinin salınmasına da xüsusi diqqət yetirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq Eldar şamı, Şərq çinarı, italyan şamı, ağcaqayın, zeytun kimi ağac növləri, həmçinin müxtəlif dekorativ kollar və çiçəklər əkilir. Yerli və dekorativ ağac növləri yenidən qurulan şəhərə bir başqa gözəllik verir. Ağacların suvarılması və yaşıllıq sahələrinə qulluq xüsusi diqqətdə saxlanılır. Ərazidə yeni yaşıllıq sahələrinin artırılması bundan sonra da davam etdiriləcək.
Qeyd edək, işğal dövründə digər yaşayış məntəqələri kimi, Xocalı şəhərindəki yaşıllıq sahələri də ermənilər tərəfindən məhv edilmişdi.