Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir
Bakı, 25 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xocalı soyqırımının 31-ci ildönümü qeyd olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor Zakir Eminov çıxışında Xocalı soyqırımını Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri adlandırıb. O qeyd edib ki, keçmiş sovet qoşunlarından alınmış hərbi texnikanın və hərbçilərin köməyi ilə ermənilərin Xocalıya hücumu əsl soyqırımı ilə nəticələndi. Bu amansız qırğının əsas məqsədi isə psixoloji təzyiqlə azərbaycanlıları qorxutmaq və zəiflətmək olub.
İnstitutun icraçı direktor vəzifəsini icra edən Zaur İmrani, Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev, Kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, aparıcı elmi işçi Etibar Bədəlov çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb, hadisədən 30 ildən artıq zaman keçməsinə baxmayaraq, həqiqətin təntənəsinə, Xocalı soyqırımını törətmiş qatillərin beynəlxalq ədalət məhkəməsinə çıxarılmasına və onların layiqincə cəzalandırılmasına inandıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:14]
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub
- 05.06.2026 [15:45]
Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib
- 05.06.2026 [15:32]
Dövlət orqanlarında 16 vəzifə üzrə daxili müsahibə elan olunub
- 05.06.2026 [15:02]