XRİSTİAN ALİM DOKTORLUQ DİSSERTASİYASINDA İSLAMI MÜDAFİƏ EDİR
Nabil Luka Babauinin sözlərinə görə, 11 sentyabr hadisələrindən sonra bütün İslam aləmi daim gərginlik içərisindədir. Amerika və Qərb kütləvi informasiya vasitələri İslamın qəsdən təhrif edilməsi, İslam və müsəlmanlar haqqında həqiqətdən uzaq iftiraları, saxtalaşdırılmış sənədləri yaymaq məqsədi güdən təbliğatlarını davam etdirirlər. İslam aləmi ABŞ ekstremistlərinin əhatəsinə düşmüşdür. Mən kənarda dayanıb, müsəlmanların necə təhqir olunmalarını müşahidə etmək istəmirəm. Bunu özümə rüsvayçılıq sayıram.
Doktor Babaui bildirmişdir ki, onun doktorluq işi sübut edir ki, İslam terrorizmə və ekstremizmə deyil, yalnız sülhə və sivilizasiyaya çağırır. O demişdir: “Mənim işimdə xristianlarla müsəlmanların yüzillər boyu Misirdə sülh və əmin-amanlıq içərisində yaşamalarından danışılır. Ayrı-ayrı insanların əməllərinə görə deyil, dinin əsaslarına görə mühakimə yürütmək lazımdır”.
Nabil Luka Babaui 1998-ci ildə yazdığı “İslamın qılınc gücünə yayılması. Faktlar və uydurmalar” adlı kitabında tarixi faktlar əsasında sübut edir ki, İslam ürəkləri heç də zor gücünə deyil, ancaq moizələr və müsəlmanların nümunəsi ilə fəth etmişdir.