XTNS-dəki “Azərbaycan” pavilyonunda “Heydər Əliyev – 100. Şəxsiyyət. Epoxa. İncəsənət” sərgisi açılacaq
Moskva, 12 may, AZƏRTAC
Mayın 16-da Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonunda görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev - 100. Şəxsiyyət. Epoxa. İncəsənət” sərgisi açılacaq. Sərgi Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgidə XX əsr-XXI əsrin əvvəllərinə aid Azərbaycan təsviri sənət ustalarının unikal əsərləri təqdim olunacaq. Ulu Öndərin fəaliyyətinə və həyat yoluna həsr olunmuş fotosərgi də öz işinə başlayacaq.
Sərginin açılışında diplomatik korpusun nümayəndələri, ictimai və siyasi xadimlər, Rusiya və Azərbaycanın elm və mədəniyyət, eləcə də biznes və işgüzar dairələrin təmsilçilərinin iştirakı gözlənilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva