Xudatda Heydər Əliyev adına park təmir olunur
Xaçmaz, 4 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Heydər Əliyev adına park təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamamilə yenidən qurulan istirahət parkında son tamamlanma işləri görülür.
Təmir işləri çərçivəsində parkın ərazisinə tamet döşənib, yeni ağac və gül kolları əkilib, oturacaqlar, uşaqlar üçün əyləncə meydançası quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Bundan başqa, parkın ərazisindəki fəvvarə təmir edilib, Heydər Əliyev adına Mədəniyyət evinin fasadı yenilənib.
İstirahət parkının qısa müddətdə sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bundan əvvəl Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan park yenidən qurulub, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksi inşa edilib.