Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yalan maşınını işə salan mərkəzlər üçün reallıqlarla barışmağın vaxtı çatıb ŞƏRH

Yalan maşınını işə salan mərkəzlər üçün reallıqlarla barışmağın vaxtı çatıb  ŞƏRH

Bakı, 15 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycanın ev sahibliyi etdiyi ən mötəbər tədbirlərdən biridir. Heç şübhəsiz ki, belə mötəbər tədbirə 200-ə yaxın dövlətin yekdil qərarı ilə ev sahibliyi etməsi Azərbaycana göstərilən yüksək etimadın və dəstəyin bariz nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

“Xüsusilə də Azərbaycanın bu sahədəki təcrübəsini və daha əvvəl ev sahibliyi etdiyi tədbirlərdə yüksək təşkilatçılıq qabiliyyətini nəzərə aldıqda bu qərarın heç də təsadüfən qəbul edilmədiyini aydın şəkildə görmək olar. O cümlədən dövlətimiz hər zaman qlobal problemlərin müzakirə edilməsi üçün önəmli platformaların təşəbbüskarı olaraq çıxış etməklə ümumi yol xəritəsinin müəyyən edilməsi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun davam etdirilməsi və əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün körpü rolunu oynayır”, - deyə politoloq vurğulayıb.

O bildirib ki, Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxışında ölkəmizin bu istiqamətdəki rolunu xüsusilə vurğulayaraq qeyd edib ki, “Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.

Politoloq deyib ki, Azərbaycan, həmçinin Türk və İslam dünyasının əsas aktorlarından biridir. Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindən biri kimi türk kimliyinin beynəlxalq sistemdəki rolunun gücləndirilməsi istiqamətində mühüm addımlar atan Azərbaycan, eləcə də İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları olan ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı və İslam Konfransı Gənclər Forumu ilə sıx əməkdaşlıq edir. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycan tərəfindən həyata keçirilmiş uğurlu təşəbbüslər nəticəsində Hərəkatın qlobal sistemdəki rolu daha da güclənib. Qırx dörd günlük Vətən müharibəsi ilə təkbaşına ədaləti bərpa edərək ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti bu gün imperialist maraqlarla da təkbaşına mübarizə apararaq inkişaf etməkdə olan ölkələrin hər biri üçün bərabərlik və ədalət tələb edir. Dövlətimiz istismara və zülmə məruz qalan xalqların haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün mümkün imkanlardan istifadə edir. Eləcə də enerji təhlükəsizliyi məsələsində ən etibarlı tərəfdaşlardan biri olaraq Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olaraq çıxış edir. Belə olan halda yüksələn güc olaraq Azərbaycanın qlobal məsələlərin həllində söz sahibi olması uğurlu diplomatik addımların labüd nəticəsi olaraq nəzərdən keçirilməlidir.

A.Qurbanova qeyd edib ki, Azərbaycanın xarici siyasət doktrinası məhz çoxtərəflilik prinsipi əsasında formalaşaraq özündə bütün dövlətlərlə əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsini ehtiva edir. Yaşıl enerji əsasında istehsal edilən enerji ixracı bir çox istiqamətdə Azərbaycanın önəmini daha da artıran əsas faktorlardan biridir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış Günəş və külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsinə əsasən istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının araşdırılması və eləcə də ixrac imkanlarının dəyərləndirilməsi üçün lazımi tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində külək enerjisi stansiyası tikilir. Ümumilikdə isə 2030-cu ilədək təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi nəzərdə tutulur. Ona görə də belə uğurlu və bütün məsələlərə həssas yanaşmanı özündə ehtiva edən diplomatik gündəliyə sahib olan bir dövlətə qarşı qərəz və nifrət zəminin olan çıxışların heç bir tarixi və hüquqi əsası ola bilməz. Neft istehsal və ixrac edən ölkə olaraq Azərbaycanın iqlim dəyişikliyinə səbəb olan ekoloji problemlərin həlli istiqamətində atdığı real addımlar heç bir halda görməməzliyə vurula bilməz. Nəticə etibarilə informasiya çirkliliyinin yüksək səviyyədə olduğu bir dövrdə Qərbin bəzi siyasi mərkəzlərinin nəzarətində olan media korporasiyalarının bütün şər və böhtanlarına baxmayaraq, bu gün Azərbaycan 70 mindən artıq qonağa ən ali səviyyədə ev sahibliyi edərək dünyanın diqqət mərkəzində olmağı bacarır. Deməli, artıq yalan əsri bitdiyi kimi, yalan maşınını işə salan mərkəzlər üçün də reallıqlarla barışmağın vaxtı çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır