YANACAQ BAHALIĞI İNFLYASİYANI REKORD SƏVİYYƏYƏ QALDIRMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya Federal Statistika Xidmətinin oktyabrın 12-də yaydığı məlumata görə, 2001-ci ilin sentyabr ayından 2005-ci ilin müvafiq dövrünə qədər ölkədə neftin və yanacaq məhsullarının qiyməti müntəzəm şəkildə yüksəldiyi üçün inflyasiyanın səviyyəsi 2,5 faiz artmışdır. Qurumun hesablamalarına görə, 2005-ci ilin sonuna qədər inflyasiyanın daha da artacağı ehtimal olunur. Məlumatda bildirilir ki, təkcə son bir ayda yanacaq məhsullarının istehlakçılara satış qiyməti 0,4 faiz qalxmışdır. 2004-cü ilin sentyabrından bəri xam neft 40 faiz, benzin və dizel yanacağı 17 faiz bahalanmışdır.
Digər Avropa ölkələrində - İngiltərə, Belçika, Fransa, Çexiya və Lüksemburqda olduğu kimi, Almaniyada da yanacaq məhsullarının qiymətinin qaldırılması həyatın və məişətin müxtəlif sahələrinə ciddi təsir göstərir. Bu ölkələrdə də qazdan, elektrik enerjisindən və istilik-qızdırıcı sistemlərindən aylıq istifadə xərcləri artırılmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]