İQTİSADİYYAT
Yanvar-aprel aylarında elektrik avadanlığı istehsalı 98,5 faiz artıb
Bakı, 23 may, AZƏRTAC
2018-ci ilin yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 89,1 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz azalıb, elektrik avadanlığının istehsalı isə 98,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 5,0 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,9 dəfə artıb, məişət soyuducularının istehsalı isə 38,5 faiz azalıb.