YANVAR-MAY AYLARINDA MİNGƏÇEVİR SES-İN İŞİNİN SƏMƏRƏLİLİYİ 8 FAİZ ARTMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, mayda Mingəçevir SES-də planda nəzərdə tutulan 66 milyon kilovat-saat əvəzinə 72,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmiş, proqnoz 9,5 faiz artıqlamasilə yerinə yetirilmişdir.
Cari ilin beş ayında elektrik stansiyasında 672 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozda nəzərdə tutulandan 50 milyon kilovat-saat və ya 8 faiz, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 28,5 faiz çoxdur.
Mingəçevir SES silsiləsinə daxil olan hər iki elektrik stansiyasında (Mingəçevir SES və Varvara SES) təmir-bərpa işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:40]
Neft qiymətləri yenidən 150 dollara yüksələ bilər - PROQNOZ
- 11.06.2026 [12:37]