Yaponiya ABŞ-dan Şimali Koreya tərəfindən oğurlanmış vətəndaşlar problemini müzakirə etməsini istəyir
Tokio, 17 mart, AZƏRTAC
Yaponiyanın və ABŞ-ın rəsmi nümayəndələri Şimali Koreyanın nüvə silahından imtina etməsi ilə bağlı bu ölkəyə maksimum təzyiqlərin davam etdirilməsi barədə razılığa gəliblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Taro Kono Vaşinqtona səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə görüşüb. T.Kononun Vaşinqtona səfəri koreyalararası danışıqlar və ABŞ-Şimali Koreya liderlərinin sammiti ərəfəsində baş tutub.
Görüşdə T.Kono bildirib ki, Yaponiya Pxenyanın nüvə-raket proqramlarından imtina etməsi ilə yanaşı, həm də ötən əsrin 70-80-ci illərində Şimali Koreya tərəfindən yapon vətəndaşlarının oğurlanması məsələsinin müzakirə edilməsini istəyir. Nazir ABŞ-dan Şimali Koreya ilə keçiriləcək sammitdə bu məsələnin də gündəliyə əlavə edilməsini xahiş edib. Tərəflər bu problemin həlli istiqamətində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]