Yaponiya ABŞ-ın dövlət istiqrazlarının əsas saxlayıcısına çevrilib
Tokio, 17 avqust, AZƏRTAC
Yaponiya iyunda son iki ildə ilk dəfə Çini qabaqlayaraq ABŞ-ın dövlət istiqrazlarının əsas saxlayıcısına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-ləri ABŞ Maliyyə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumatda bildirilir ki, Yaponiya 1,12 trilyon dollar dəyərində istiqrazlara sahib olub, bu isə əvvəlki ayla müqayisədə 22 milyard dollar çoxdur.
Çinin həmin göstəricisi Yaponiya ilə müqayisədə təqribən 10 milyard dollar azdır.
Qiymətli kağızlar bazarındakı mənbələrin bildirdiyinə görə, Yaponiya hökumətinin 10 illik istiqrazlarının mənfəəti iyunda mənfi olduğundan yapon investorlar ABŞ istiqrazlarına üstünlük verməyə başlayıblar.
Çində may ilə müqayisədə qiymətli kağızların miqdarı qismən artıb. Hazırda bütün diqqət Çinin bundan sonra necə hərəkət edəcəyinə yönəlib. Güman edilir ki, Çin ABŞ ilə davam edən ticari mübahisə fonunda bu ölkənin istiqrazlarının böyük əksəriyyətini satacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]