Yaponiya Milli Torpaqlar Nazirliyi Okinava rəhbərliyinin qərarını qeyri-qanuni hesab edir
Tokio, 6 aprel, AZƏRTAC
Yaponiya Milli Torpaqlar Nazirliyi Okinava rəhbərliyinin ABŞ hərbi bazasının inşası ilə bağlı torpaq tökmə işlərinin aparılması barədə sənədin ləğvi barədə qərarının qeyri-qanuni olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, torpaq tökmə işləri ABŞ dəniz piyadalarının aviapostunun Qinovan şəhərindən əhalinin daha az olduğu Naqo şəhərinin Henoko rayonuna köçürülməsi barədə planın tərkib hissəsidir.
Bildirilir ki, prefekturanın hakimiyyət orqanları dəniz dibinin süxurlarının davamsız olduğunu əsas götürərək torpaq işlərinin aparılmasına icazənin ləğvindən sonra Müdafiə Nazirliyi etirazla çıxış edib.
Milli Torpaqlar Nazirliyi hələ ötən ilin oktyabrında prefekturanın qərarının dayandırılması və köçürmə ilə bağlı işlərin davam etdirilməsi barədə qərar verib.
Müdafiə Nazirliyi, həmçinin Okinava hakimiyyət orqanlarının qərarına yenidən baxılmasını və onun ləğvini xahiş edib. Aprelin 5-də Milli Torpaqlar Nazirliyi bəyan edib ki, Okinava rəhbərliyinin sənədin ləğvi barədə qərarı qeyri-leqaldır.
Okinava prefekturasının vitse-qubernatoru Moritake Tomikava nazirliyin bu qərarının təəssüf hissi doğurduğunu bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio