Yaponiya Rusiya ilə ərazi məsələsi və sülh müqaviləsi barədə müzakirələri davam etdirəcək
Tokio, 6 sentyabr, AZƏRTAC
Yaponiya Rusiya ilə ərazi məsələsinin həlli və sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa avqustun 6-da ənənəvi mətbuat konfransı zamanı bəyan edib.
“Moskva ilə danışıqlar Yaponiya hökumətinin baza prinsipləri - ərazi mübahisəsinin həlli və bunun ardınca sülh müqaviləsinin imzalanması əsasında sıx şəkildə davam etdiriləcək”, - deyə Baş katib qeyd edib.
Bununla yanaşı, Y.Suqa bildirib ki, iki ölkə liderlərinin söhbətinin məzmununu açıqlaya bilməz, amma Ş.Abe ilə V.Putinin danışıqları zamanı “problemi gələcək nəsillərə saxlamamaq və öz əlləri ilə sülh müqaviləsini imzalamaq əzmini” təsdiq edə bilər. Baş katibin sözlərinə görə, liderlər qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə ediblər.
Xatırladaq ki, sentyabrın 5-də Vladivostokda Yaponiya və Rusiya liderlərinin 27-ci görüşü keçirilib. Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin ikitərəfli məsələlərlə bağlı danışıqların noyabrda Çilidə keçiriləcək APEC sammiti zamanı davam etdirilməsi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]