Yaponiyada 2018-ci ildə doğulan körpələrin sayı tarixdə ən az ola bilər
Tokio, 22 dekabr, AZƏRTAC
Yaponiyada 2018-ci ildə doğulan körpələrin sayının son 120 ildə ən az olacağı güman edilir.
Yaponiya Səhiyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvarından oktyabrınadək ölkədə 921 min körpənin doğulduğu bildirilir. Həmin rəqəm ötən illə müqayisədə 25 min körpə azdır ki, bu da həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir. Yeni doğulanların sayının 1989-cu illə müqayisədə təqribən 30 faiz azaldığı qeyd edilir.
Bununla yanaşı, nazirlikdən bildiriblər ki, ölkə üzrə ölənlərin sayı 1,37 milyon nəfər təşkil edib. Həmin rəqəm ötən illə müqayisədə 29 min nəfər artıb və onun müharibədən sonrakı maksimuma çatacağı gözlənilir.
Nəticədə Yaponiya əhalisinin sayı 12 ildir ki, fasiləsiz şəkildə azalmaqda davam edir və bu il həmin göstərici 448 min nəfər olacaq.
Son 30 ildə ölkə əhalisinin azalmasının səbəbləri kimi, ailənin strukturunun və insanların həyat tərzinin dəyişməsi göstərilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
- 15.06.2026 [08:02]
NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]