Yaponiyada özəl şirkətə məxsus raket kosmosa buraxılıb
Tokio, 4 may, AZƏRTAC
Mayın 4-də Hokkaydo adasında yerləşən Tayki şəhəri yaxınlığındakı kosmodromdan özəl şirkətə məxsus ilk “MOMO” raketi kosmosa buraxılıb.
AZƏRTAC xəbər verir ki, raketin uçuşu onu hazırlayan “Interstellar Technologies” şirkəti tərəfindən canlı yayımlanıb. Bu, “MOMO”nun sınaqdan keçirilməsi üçün üçüncü cəhd olub. Əvvəlki cəhdlər uğursuzluqla nəticələnib. Planda nəzərdə tutulduğu kimi, raket 100 kilometr hündürlüyə qalxıb və onun bütün sistemləri normal işləyib. Bundan sonra raket Hokkaydo yaxınlığında okeana düşüb.
Raketin uzunluğunun 10 metr, diametrinin 50 santimetr, çəkisinin 1 tona yaxın olduğu bildirilir. Layihənin maya dəyəri isə 50 milyon yeni (təqribən 445 min dollar) ötüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]
ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb
- 10.06.2026 [12:10]
Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır
- 10.06.2026 [12:09]
Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir
- 10.06.2026 [12:06]
Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü
- 10.06.2026 [12:02]
Fransada yaşlı insanların sayının artacağı gözlənilir
- 10.06.2026 [11:42]