Yaponiyanın Baş Naziri Şinzo Abe istefa verib
Tokio, 28 avqust, AZƏRTAC
Avqustun 28-də Yaponiyanın Baş Naziri Şinzo Abe səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyini bəyan edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.
“Siyasətçi üçün əsas məsələ nəticə göstərməkdir. Bu nəticəni əldə etmək üçün mən 7 il 8 ay bütün gücümü sərf etmişəm. Siyasətçi səhhətinin optimal vəziyyətdə olmaması ilə əlaqədar səhvə yol verə bilməz. Buna görə də mən Baş Nazir vəzifəsindən istefa verirəm”, - deyə Ş.Abe vurğulayıb.
Vəzifəsini tərk etməsinin onda böyük təəssüf hissi doğurduğunu bildirən Ş.Abe ölkə qarşısında duran bir sıra mühüm vəzifələri həyata keçirə bilmədiyini etiraf edərək deyib: “Çox təəssüf ki, biz oğurlanmış vətəndaşlar problemini həll edə bilmədik. Sülh müqaviləsi problemini aradan qaldıra və Konstitusiyaya dəyişiklikləri həyata keçirə bilmədik. Bu işləri başa vurmadan getməyim məni çox məyus edir”.
Baş Nazir əmin olduğunu bildirib ki, Yaponiya hökuməti onun yarımçıq qoyduğu işləri başa çatdıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]