“YARAT” Teatr Klubu çərçivəsində “Xoşbəxtliyin dəyəri” tamaşası nümayiş olunub
Bakı, 11 noyabr, AZƏRTAC
“YARAT” Teatr Klubu çərçivəsində gənc teatr rejissoru Raulya Turkkanın “Xoşbəxtliyin dəyəri” tamaşası nümayiş olunub.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, bu dəfə rejissor qeyd edilən səhnə əsəri ilə müharibənin ağrı-acısını yaşayan qadının hekayəsinə, bütün maneələri dəf etməyi bacaran, ayrılıq və ölümdən hər zaman daha güclü olduğunu sübut edən sevgi mövzusuna müraciət edib. Bu əsər 2-ci Qarabağ müharibəsindəki Zəfərimizə, döyüş meydanında vuruşan və arxa cəbhədə öz əzizlərinin yolunu gözləyən hər kəsə ithaf olunub. Tamaşada aktyorlar Yaroslav Trifonov, Milana Sokolenko, İnna İmranova, Nigar Rzayeva, Olqa Arsentiyeva və Aylin Turkkan iştirak ediblər.
Qeyd edək ki, rejissorun ilk iki tamaşası - “Səmavi” (Aleksey Şipanov və Andrey Abrosimovun pyesi əsasında) və “Qulluqçular” (Jan Jenenin pyesi əsasında) - artıq mükəmməl quruluşları ilə tamaşaçıların rəğbətini qazanıb.