Yardımlıda Vətən müharibəsi şəhidləri Sadiq Feyziyevin və Elşən Sultanlının xatirəsi yad edilib
Yardımlı, 19 noyabr, İlkin Adıyev, AZƏRTAC
Yardımlı rayonunda Vətən müharibəsi şəhidləri Sadiq Feyziyevin və Elşən Sultanlının əziz xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, icra aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və qazilər iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarı üstünə çiçəklər düzüb, ruhuna dualar oxuyublar.
Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, bu Zəfərin tarixi əhəmiyyətindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Sadiq Feyziyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən Uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması” , şəhid Elşən Sultanlı isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən Uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması” medalları ilə təltif olunublar.