Yaşıl enerjiyə yatırımlar ilk dəfə olaraq neft hasilatı xərclərini üstələyəcək
Bakı, 25 may, AZƏRTAC
2023-cü ildə yaşıl enerji texnologiyalarına investisiya qoyuluşu gündə 1 milyard dollara çatacaq və ilk dəfə olaraq neft hasilatı xərclərini üstələyəcək.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birola istinadla məlumat yayıb.
“Əgər bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr son illərdəki templə artmağa davam etsə, yaxın zamanlarda tamamilə yeni enerji sisteminin yaranacağını görəcəyik”, - deyə Fatih Birol bildirib.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2023-cü ildə yaşıl enerjiyə illik sərmayələr 1,7 trilyon dolları ötəcək ki, bu da 2021-ci illə müqayisədə 24 faiz çoxdur. Neft-qaz sahəsində illik xərclərin isə 15 faiz artaraq 1 trilyon dollara çatacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]