YASİR ƏRƏFATIN ÖLÜMÜNÜN SƏBƏBLƏRİ MÜƏYYƏN EDİLMƏMİŞDİR
Fələstin lideri Yasir Ərəfat 2004-cü il noyabrın 11-də Parisin “Persi” hərbi hospitalında vəfat etmişdir. Onun xanımı Süha meyitin yarılmasına icazə verməmişdir. Ərəfatın ölümü barədə tibbi rəyin məzmunu uzun müddət açıqlanmamışdır.
Sentyabrda İsraildə çıxan “Haarets” qəzeti həmin sənəddən bəzi parçalar dərc etmişdir. Burada Ərəfatın ölümünün üç mümkün səbəbi – naməlum infeksiya, QİÇS və zəhərlənmə ehtimalları irəli sürülür. Fələstin administrasiyasının bəzi nümayəndələri Ərəfatın ölümündə birbaşa İsrailin xüsusi xidmət idarələrini təqsirləndirmiş, lakin İsrail bu ittihamı qəti surətdə rədd etmişdir.
Fransa həkimlərinin rəyində bildirilir ki, xəstənin ölümü ilə nəticələnən əlamətlərin kombinasiyasını müəyyənləşdirmək çətindir. Məsələn, Ərəfatda bağırsaq sətəlcəmi və sarılıq, habelə müxtəlif səbəblərin doğura biləcəyi qan-damar sisteminin fəaliyyətinin pozulması qeydə alınmışdır. Ərəfatın ölümünün bilavasitə səbəbi isə beyinə geniş qan sızmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]
Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]