İQTİSADİYYAT
Yeddi ayda diri çəkidə ət istehsalında 3,2 faiz artım olub
Bakı, 18 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 307,9 min ton olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə süd istehsalı 1,7 faiz artaraq 1 milyon 263 min ton, yun istehsalı 0,1 faiz artaraq 15 min ton, barama istehsalı 10 faiz artaraq 491,3 ton, yumurta istehsalı isə 4,2 faiz azalaraq 1 milyard 120,7 milyon ədəd təşkil edib.
Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,6 faiz, bitkiçilik məhsulları istehsalı isə 8,5 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2024 [17:37]
Bakının küçələrinin birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- 20.09.2024 [17:35]
® “Kapital Bank”dan neftçilərə qızıl kimi təklif
- 20.09.2024 [16:58]
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
- 20.09.2024 [16:43]
Moskvada MDB İqtisadi Şurasının 103-cü iclası olub
- 20.09.2024 [16:39]