Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yekun iclas: Prezidentin məzmunlu nitqi və qarşıda duran vəzifələr

Yekun iclas: Prezidentin məzmunlu nitqi və qarşıda duran vəzifələr

Faktiki olaraq, Azərbaycan hökumətinin fəaliyyətinin hesabatı xarakteri daşıyan Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına ekspertlərin marağı böyük oldu. Burada keçən ilin dünya səviyyəsində ziddiyyətli proseslərlə xarakterizə olunması, o cümlədən milli valyutaların devalvasiyasının özünü göstərməsi də əlavə təsiredici amil rolunu oynayıb. Prezident İlham Əliyev tədbirdə geniş və əhatəli nitq söyləyərək, ölkənin 2015-ci ildə əldə etdiyi nailiyyətləri dolğun ifadə edib. Həyata keçirilən proqramlar göstərib ki, Azərbaycan doğru yoldadır və onun inkişafı davam edir. Bununla yanaşı, ölkə rəhbəri 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirib və onların yerinə yetirilməsi üçün ciddi tapşırıqlar verib. Təhlillər göstərir ki, Azərbaycan davamlı inkişaf kursunu yeni səviyyəyə qaldırmaq əzmindədir. Bu, çox mühüm məqamdır.

Daxili inkişaf və regionda sabitləşdirici rol

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası bir çox mənada əhəmiyyətli hadisə oldu. Dövlət başçısının həmin tədbirdə irəli sürdüyü fikirlərə ekspertlər ciddi maraq göstərirlər. Prezidentin ölkədaxili sosial-iqtisadi məsələlərlə yanaşı, qlobal miqyasda cərəyan edən geosiyasi proseslərə də qiymət verməsi Azərbaycanın müstəqil siyasət kursunu bir daha təsdiq etdi. Xüsusilə bütövlükdə dünyada mürəkkəb iqtisadi, maliyyə və geosiyasi durumun yaranması aspektində həmin məqam böyük önəm kəsb edir.

Digər vacib amil ölkə rəhbərinin qarşıda duran vəzifələr haqqında konseptual və sistemli şəkildə ideyalar irəli sürməsi, həyata keçirilməli olan tədbirlər kompleksini lakonik ifadə etməsi ilə bağlıdır. Bir daha göründü ki, Azərbaycan rəhbərliyinin aydın və düşünülmüş fəaliyyət planı mövcuddur. Azərbaycan hökuməti onu reallaşdırmaqda qətiyyətlidir.

Konkret olaraq, Prezident İlham Əliyev 2015-ci ildə sosial-iqtisadi sahədə inkişafa nail olunduğunu faktlarla göstərdi. Əvvəlcədən nəzərdə tutulan bütün sosial proqramlar gerçəkləşdirilib. Bu, mürəkkəb şəraitdə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin göstəricisidir. Bütün çətinliklərə və gözlənilməzliklərə baxmayaraq, keçən müddət ərzində sosial sferada islahatlar dönmədən həyata keçirilib. Statistik rəqəmlər təsdiq edir ki, bu istiqamətdə Azərbaycan Cənubi Qafqazın ən uğurlu ölkəsi sayıla bilər.

Həmin sırada sosial infrastruktur layihələrinin icra olunmasını ayrıca vurğulamaq gərəkdir. Belə ki, bu, bütövlükdə iqtisadi sistemdə islahatların düzgün qaydada aparılmasının göstəricisidir. İnfrastruktur sahələrində həyata keçirilən proqramlar üzrə Azərbaycan neçə ildir ki, MDB məkanının liderlərindən biridir. Ölkəmiz sosial-rifah dövləti qurmaq kursunu seçdiyini dünyaya nümayiş etdirməkdədir. Ünvanlı sosial yardımlar sferasında ölkənin əldə etdiyi nailiyyətlər bunun əyani təsdiqlərindən biridir.

Prezident nitqində yeni iş yerlərinin açılması və regionların inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi məsələlərinə də toxunub. Bu məsələ hazırda bütün postsovet məkanı ölkələri üçün aktualdır. Azərbaycan rəhbərliyi uzun illərdir ki, həmin istiqamətdə ciddi proqramlar həyata keçirir və bu proses 2015-ci ildə də uğurla davam etdirilib. Prezident İlham Əliyevin ölkənin müxtəlif bölgələrinə səfərlərini və hər səfərində mühüm bir obyektin açılışında iştirakını hər bir vətəndaş xatırlayır.

Azərbaycanın müxtəlif rayonlarında yolların çəkilməsi, iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması və zavodların, fabriklərin işə salınması istiqamətində Prezident konkret addımlar atıb (bax: Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib / AZƏRTAC, 10 yanvar 2016).

Onu nəzərə almaq gərəkdir ki, bütün bunlar dünyanın hətta ən yüksək inkişaf etmiş regionlarında belə kütləvi maliyyə böhranının hökm sürdüyü bir mərhələdə həyata keçirilib. Deməli, Azərbaycan müstəqil daxili siyasət yeridir, onun sosial-iqtisadi sistemi müstəqil və fasiləsiz işləyə bilir. Öz-özünü inkişaf etdirməyin bu modeli çox perspektivlidir. Çünki qloballaşma şəraitində adətən müxtəlif ölkələrin iqtisadiyyatları bir-birindən asılı olur. Belə görünür ki, Azərbaycan rəhbərliyi bu iki aspektin optimal sintezini tapa bilib. Nəticədə, bütün hallarda ölkə daxilində sosial və iqtisadi inkişafa nail olunub.

Bunlarla yanaşı, Azərbaycan 2015-ci ildə enerji və nəqliyyat sahəsində mühüm addımlar atıb. Prezident İlham Əliyev bu bağlılıqda Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsinin rolunu ayrıca qeyd edib. Eyni zamanda, nəqliyyat infrastrukturu təkmilləşib, Yeni İpək Yolu layihəsinin həyata keçirilməsi üçün Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bakı həm də müəyyən səbəblərdən Azərbaycandan keçməli olan türk yük maşınları üçün lazım olan şəraiti yaradıb. Ölkənin nəqliyyat dəhlizi kimi etibarlı tərəfdaş olduğu 2015-ci ildə bir daha təsdiq olunub.

2016-nın perspektivləri: islahatların yeni səviyyəsi və geosiyasətdə fəallıq

Daxildə gedən bu proseslərin fonunda Azərbaycanın böyük beynəlxalq tədbirlərə də ev sahibliyi etməsi çox böyük əhəmiyyət daşıyır. Bu sırada birinci Avropa Oyunlarının Bakıda təşkil edilməsi tarixi hadisədir. Azərbaycan bu tədbiri yüksək səviyyədə həyata keçirib. Bununla yanaşı, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xidmət edən, multikulturalizmi inkişaf etdirən müxtəlif proqramlar uğurla reallaşdırılıb. Məsələnin bu tərəfi dövlət başçısının Nazirlər Kabinetinin yekun iclasında xüsusi vurğuladığı bir sıra vacib məqamlarla sıx bağlıdır.

Biz, hər şeydən əvvəl, Prezidentin dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıqla bağlı söylədiyi fikirləri nəzərdə tuturuq. Azərbaycan regionun lider dövləti kimi bu gedişatdan narahatlıq keçirir. Ölkə rəhbəri həmin təhlükəli proseslərin müsbət məcraya yönəldilməsi üçün səylərini əsirgəməyəcəyini bəyan edib. Bu, çox mühüm amildir. Çünki rəsmi Bakı növbəti dəfə bəyan edir ki, "Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq" (bax: əvvəlki mənbəyə).

Cənubi Qafqazda bu rolu yerinə yetirə biləcək ikinci dövlət yoxdur. Azərbaycan elə bir inkişaf səviyyəsinə çatıb ki, regional və qlobal miqyasda cərəyan edən müxtəlif xarakterli proseslərə pozitiv təsir göstərmək imkanına malikdir. Dövlət başçısı indi Yaxın Şərqdə yüz minlərlə insanın qaçqın və köçkün vəziyyətinə düşməsindən narahatlığını ifadə edib, vaxtilə Azərbaycanın da bu problemlərlə üzləşdiyini vurğulayıb.

Azərbaycan həmin problemlərin həllində təcrübəyə malikdir. Onun əldə etdiyi təcrübədən başqaları da istifadə edə bilər. Digər tərəfdən, indi qaçqın və məcburi köçkün problemi ilə üzləşən və vaxtilə laqeyd mövqedə duran bir sıra Avropa dövlətləri Azərbaycanı yaxşı başa düşməlidirlər. Məsələnin bu cəhəti də bizim üçün əhəmiyyətlidir.

Azərbaycan rəhbərliyinin Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı münasibətlərinin kəskinləşməsinə də münasibəti maraq doğurub. Prezident yaxın qonşuların əlaqələrinin normal məcraya dönməsi üçün çalışacağını bildirib, eyni zamanda, müsəlman aləmində ziddiyyətlərin meydana gəlməsinin qarşısının alınması zərurətini də vurğulayıb. Göründüyü kimi, Azərbaycan rəhbəri geosiyasi sabitlik və regional əməkdaşlıq istiqamətlərində aktiv fəaliyyətini davam etdirməkdə qətiyyətlidir.

Bütün bunlarla yanaşı, ölkə başçısı 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyən edib. İndi neftdən asılı olmayan güclü iqtisadiyyatın yaradılması prosesi sürətləndirilməli, çevik idarəetməyə nail olunmalı və bütün sahələrdə islahatlar yeni səviyyəyə qaldırılmalıdır. 2016-cı il üçün antiböhran proqramı adlana biləcək konkret işlər həyata keçirilməlidir.

Prezident İlham Əliyev burada 5 əsas nəticəni xüsusi vurğulayıb: Pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması; struktur islahatlarının aparılması və çevik idarəetmə mexanizmlərinin yaradılması; iqtisadi və sosial həyatın bütün sahələrində qərar qəbulu prosesinin “ASAN”laşması, büdcə vəsaitindən səmərəli istifadə edilməsi, maliyyə nəzarətinin gücləndirilməsi və bu sahədə şəffaflığın tam təmin olunması; süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda, cəza tədbirlərinin də görülməsi; biznes mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, bank sektorunda islahatların aparılması, tikinti sahəsində açıq tenderlərin keçirilməsi və s.

Bunlar, faktiki olaraq, ölkənin yeni islahatlar mərhələsinə keçidi deməkdir. Əlamətdar haldır ki, bu xətt dünya miqyasında ciddi böhranların baş verdiyi bir şəraitdə həyata keçirilir. Belə çıxır ki, Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyası zamanın bütün sınaqlarından uğurla çıxmağa qadirdir. Bu, çox sevindiricidir və böyük ümidlər yaradır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib