Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə YAP Cəbrayıl rayon təşkilatının ötən ilin dekabrından etibarən keçirdiyi ağacəkmə aksiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, sonuncu aksiyada Cəbrayıl Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Cəbrayıl rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində Biləsuvar rayonu ərazisində avtomobil yolu kənarlarına 265 ədəd müxtəlif növ ağac əkilib.
Bununla da aksiya çərçivəsində əkilən ağacların sayı 3400-ə çatıb.