ELM VƏ TƏHSİL
YENİ KƏŞF OLUNMUŞ TEKTONİK ZONAYA “QAYIDIŞ” ADI VERİLMİŞDİR
Azərbaycan Geofizika Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, ötən il Navahı yatağında 2500-3000 metr dərinliklərdə aparılan tədqiqatlar zamanı məhsuldar qat çöküntülərinin üst hissəsindəki laylarda yeni anomaliyalar aşkar edilmişdir. Alimlər bu anomaliyaların neft-qaz yığımları ilə əlaqədar olduğunu ehtimal edirlər.
İnstitutun alim və mütəxəssislərinin səmərəli axtarışları nəticəsində Aşağı Kür çökəkliyinin Salyan sahəsində zəngin neft və qaz ehtiyatının olması güman edilən yeni tektonik zona kəşf edilmişdir. Yeni zonaya Prezident Heydər Əliyevin respublikamızda yenidən siyasi hakimiyyətə gəlməsi şərəfinə “Qayıdış” adı verilmişdir. Hazırda həmin zonanın karbohidrogen ehtiyatlarının dəqiqləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.