Yeni qeydiyyat üsulu ilə 1547 yerli investisiyalı MMC qeydiyyata alınıb
Bakı, 12 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr ayları ərzində yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1547 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət (MMC) qeydiyyata alınıb. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9 ədəd çoxdur.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 11,9 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 15,7 faiz təşkil edib.
Ümumiyyətlə, ilin əvvəlindən icra olunmuş elektron qeydiyyat ərizələrinin 83,4 faizi “Asan İmza” ilə imzalanmaqla təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]