YENİ REDAKSİYANIN LAYİHƏSİ MÜZAKİRƏ OLUNACAQDIR
İyunun 26-27-də Minksdə MDB İcraiyyə Komitəsində MDB-nin gələcək inkişafı Konsepsiyasının reallaşdırılması üzrə əsas Tədbirlər Planı ilə nəzərdə tutulmuş sənədlərin layihələrinin hazırlanması ilə bağlı işçi qrupun iclası keçiriləcəkdir.
MDB İcraiyyə Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, işçi qrupun üzvləri Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və MDB İqtisadi Şurasının prosedur qaydalarının yeni redaksiyasının hazırlanması üzərində işi davam etdirəcəklər. Qaydalar iclasların keçirilməsi, sənəd layihələrinin hazırlanması, təqdim edilməsi və təsdiqlənməsi, nümayəndə heyətlərinin və iclas iştirakçılarının say və fərdi tərkibi ilə bağlı məqamları və digər məsələləri tənzimləyəcəkdir.
Yeni redaksiyaya dövlət başçılarının qeyri-formal görüşlərinin, ali nizamnamə orqanlarının məhdud formatda iclaslarının keçirilməsinə dair müddəalar daxil olacaqdır. Bundan əlavə, iclaslara beynəlxalq qurumların nümayəndələrinin dəvət olunması qaydasının reqlamenti də müəyyən ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]