YENİ SİMSİM ABONENTLƏRİNƏ 6 AYLIQ GÜZƏŞT
Müəssisənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 11-dən etibarən yeni SimSim abonentlərinin xətti ilk 180 gün ərzində açıq olacaq. Yeni abonentlər bu müddətdə zəng vura, qısa mesaj, multimedia və “KonturCELL” mesajları qəbul edə biləcəklər. 180 günlük müddət isə ilk konturların yüklənməsi və ya yeni alınmış nömrə ilə hədiyyə verilən preaktiv konturların aktivləşdirilməsi tarixindən başlayır.
Bu xidmət Azercell abonentlərinin daha çox ünsiyyətdə olmalarına və nömrələrinin istənilən giriş əlaqəsi üçün 6 ay açıq olmasına imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]