YENİ ZELANDİYALI KREYD ROULANDSIN BAKIDA XALÇA SƏRGİSİ AÇILMIŞDIR
Sərgidə xalçaçı rəssamın 10-dan artıq işi nümayiş etdirilir.
Mərasimdə qalereyanın müdiri Rəfael Gülməmmədli bildirmişdir ki, Yeni Zelandiyada anadan olmuş K.Roulands bir neçə ildir ki, “bp-Azərbaycan” neft şirkətində çalışır. Son illər rəssamlığa meyil göstərən K.Poulands bir neçə sərginin iştirakçısı olmuşdur. Azərbaycana gəldikdən sonra milli xalça sənətinin sehrinə düşmüş və yerli rəssamlar ilə sıx əlaqə saxlayaraq bu sənətin sirlərinə yiyələnmişdir. Nəticə, necə deyərlər, göz qabağındadır, bu gün rəssamın əsərləri tamaşaçılara təqdim olunmuşdur.
Tədbirdə qeyd edilmişdir ki, zelandiyalı xalçaçı rəssamın əsərlərində Azərbaycan milli xalça toxuma texnikası və onun məxsus olduğu mauri tayfasının mədəniyyətinə aid elementlər sıx surətdə çulğaşmışdır. Buna görə müəllifin eksperimental xalçaları daha çox qobelen sənəti nümunələrini xatırladır. Nümayiş etdirilən xalçalarda Şərq və Qərb mədəniyyətinin sintezi özünü olduqca qabarıq göstərir. Bu keyfiyyət müəllifin uğuru kimi dəyərləndirilmişdir.
Sərgi iyunun 20-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]
Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq
- 13.10.2026 [09:05]