Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyi davam edir
Bakı, 8 fevral, AZƏRTAC
Respublika Olimpiya Mərkəzində 2003-2004-cü il təvəllüdlü atletlər arasında Azərbaycan birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda 9 komandadan 95 atlet birincilik uğrunda mübarizə aparır.
Yarışın ikinci günündə atletlər 200 və 800 metr məsafəyə qaçış yarışlarında qüvvələrini sınayırlar. Bundan başqa, atletlər uzunluğa və hündürlüyə tullanma növlərində də birincilik uğrunda yarışırlar.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.