YER KÜRƏSİNİN MƏRKƏZİNDƏ NƏHƏNG NÜVƏ REAKTORU AŞKAR EDİLMİŞDİR
Planetimizin mərkəzində ərinmiş dəmir və nikeldən ibarət özək yox, daimi nüvə reaksiyasına girən uranla plutonium xəlitəsi yerləşir. Təxminən 8 kilometrlik bu özək bir növ “nəhəng təbii nüvə reaktoru”dur. Bu fikri ABŞ Energetika Departamenti nəzdindəki laboratoriyanın alimləri irəli sürmüşlər.
Nüvə özəyinin “işi” nəticəsində Yer kürəsi ətrafında güclü maqnit sahəsi əmələ gəlir və o, planetin bütün bioloji həyatını bir neçə saniyədə külə döndərə biləcək təhlükəli kosmik şüalardan qoruyur. Təbii reaktor materik platformalarının hərəkətini də enerji ilə təchiz edir və vulkanların püskürməsində təzahür edir.
Alimlər həmçinin belə bir qənaətə gəlmişlər ki, Yer üzündə həyat güman olunduğundan xeyli əvvəl sona yetə bilər. Mütəxəssislərin hesablamalarına görə, planetimiz dörd milyard il deyil, cəmi iki milyard il yaşayacaqdır, çünki onun mərkəzindəki uran və plutonium çox tez yanıb qurtaracaqdır. Onların tükənməsi Yerin maqnit sahəsinin yox olmasına və “planetin bütövlükdə soyumasına” gətirib çıxaracaqdır.
İTAR-TASS-ın məlumatına görə, alimlər bu kəşfi Yerin maqnit sahəsi istiqamətlərinin hər 200 min ildən bir dəyişməsinin səbəblərini aydınlaşdırmaqla bağlı aparılan araşdırmaların gedişində etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]