Yevlaxda və Lənkəranda qanvermə aksiyaları keçirilib
Bakı, 14 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində növbəti qanvermə aksiyası Yevlaxda təşkil olunub.
Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçirilən xeyriyyə aksiyasında Yevlax regional miqrasiya idarəsinin əməkdaşları fəal iştirak ediblər. Aksiya talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə keçirilib.
Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları da qanvermə aksiyasında iştirak ediblər. Mərkəzi Qan Bankının Lənkəran bölməsində təşkil edilən aksiyada tədarük edilən qan nümunələri aidiyyəti üzrə təhvil verilib.