Yol-nəqliyyat hadisələri ölümlə nəticələnmişdir
Bakı, 11 may (AZƏRTAC). Lerik rayonunun Hamar Meşə kəndi ərazisində Anburdərə kənd sakini Ağazahid Mirzəyev “VAZ-2103” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildə olan sərnişin Əlizadə Əliyev dünyasını dəyişmişdir. Xəsarət almış A.Mirzəyev isə xəstəxanaya yerləşdirilmişdir.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində isə Bakı şəhər sakini Əli Abbaszadə “Mercedes” markalı avtomobili aşırmışdır.
Hadisə nəticəsində xəsarət almış Ə.Abbaszadə, oğlu 15 yaşlı Rəhman və Bakı şəhər sakini Emil Abbasov xəstəxanaya yerləşdirilmişlər. Onların vəziyyəti orta-ağırdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi açılmış, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]