YOL-NƏQLİYYAT HADİSƏLƏRİNDƏ 4 NƏFƏR HƏLAK OLMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 3-də Bakı şəhər sakini İbrahim İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomaşını İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində aşırmışdır.
Xəsarət almış sürücü və sərnişinlər - Zaqatala rayon sakinləri Zarema İbrahimova, oğulları Məhəmməd və Fəqan xəstəxanaya yerləşdirilmişlər. Z.İbrahimovanın və Məhəmmədin həyatını xilas etmək mümkün olmamışdır.
İyunun 4-də Salyan rayonunun Peyk kəndi ərazisində kənd sakini Mübariz Əmirxanov sürdüyü “VAZ-2106” markalı avtomaşını arxa aşırmışdır.
Nəticədə M.Əmirxanov hadisə yerində ölmüş, xəsarət almış sərnişin, Kərimbəyli kənd sakini Seymur Əmirxanov isə xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir rayonunun Ceyrançöl adlanan ərazisində İsgəndərli kənd sakini Qasım Cabbarov idarə etdiyi “T-28” markalı traktoru aşırmışdır.
Xəsarət almış Q.Cabbarov və sərnişin, Uliqbek Kurçuyev xəstəxanaya yerləşdirilmiş, traktorun sürücüsü orada ölmüşdür.
Faktlarla bağlı araşdırmalar aparılır.