YOZEF BLATTER YENİDƏN FİFA-NIN PREZİDENTİ SEÇİLMİŞDİR
İTAR-TASS-ın verdiyi xəbərə görə, isveçrəli Yozef Blatter daha dörd il müddətinə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının Prezidenti vəzifəsinə seçilmişdir. 66 yaşlı Blatter FİFA-nın Seulda növbəti, 53-cü Konqresi çərçivəsində keçirilmiş seçkilərdə 139 səs toplamışdır.
Blatterin yeganə rəqibi - Afrika Futbol Konfederasiyasının prezidenti, kamerunlu İssa Xayatu 56 səs almışdır.
Səsvermədə 197 nümayəndə (FİFA-nın 204 milli assosiasiya daxildir) iştirak etmişdir. İki bülleten etibarsız sayılmışdır.
Blatterin FİFA-nın yeni prezidenti kimi çıxışında ilk sözü bu olmuşdur: “Bizim hamımızın qarşılıqlı etimada eytiyacımız var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]