Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 5 medal qazanıblar
Bakı, 9 mart, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə millimizin daha bir üzvü uğurlu çıxışla yadda qalıb. Nihat Məmmədli (60 kq) dörddəbir finalda macarıstanlı Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. N.Məmmədli finala vəsiqə uğrunda ermənistanlı Tiqran Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan güləşçimiz rəqibinə heç bir şans verməyib və tam üstünlüklə qalib gəlib - 9:0. Təmsilçimiz finalda Gürcüstan idmançısı İrakli Cimistarişvili ilə qarşılaşıb. Həmyerlimiz elə ilk hissədə qarşılaşmanın taleyini həll edib. Rəqibinə 10:0 hesabı ilə qalib gələn N.Məmmədli Avropa çempionu olub.
Beləliklə, qitə birinciliyinə 6 idmançı ilə qatılan millimizin 5 üzvü fəxri kürsüyə qalxıb. Xatırladaq ki, bir gün əvvəl Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]