Yunan-Roma güləşçilərimiz “Qızıl Qran-pri” beynəlxalq turnirinə hazırlığı davam etdirirlər
Bakı, 18 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, noyabrın 22-24-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan güləş yığmaları sayca 6-cı dəfə təşkil olunacaq turnirə ciddi hazırlaşırlar.
Yunan-Roma güləşçilərimiz yarış öncəsi son təlim-məşq toplanışını baş məşqçi Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi məşqçilər korpusunun nəzarətində davam etdirirlər. Olimpiya Güləş Mərkəzində ABŞ-dan olan iki güləşçi də turnirə yığmamızla birgə hazırlaşır.
Yarış ərəfəsində Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın heyəti və məşqçilər korpusu ilə görüşmüşdür. AGF rəsmisi hazırlıq prosesinin gedişi və idmançıların vəziyyəti ilə maraqlanmışdır.
Baş məşqçi C.Xeyrabadi demişdir ki, Macarıstanda keçirilən dünya çempionatından sonra yığmamızın aparıcı üzvləri ilk beynəlxalq sınağa çıxacaqlar. Artıq 2 aydır ki, dünya çempionatı başa çatıb və biz yığma komanda olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinə hazırlaşırıq. Moskvada keçirilən Avropa Kubokuna əsasən gənclərdən ibarət heyət göndərilmişdi. Yığmanın aparıcı üzvləri məhz “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində mübarizə aparacaqlar. Çalışacağıq ki, Azərbaycanı layiqincə təmsil edək. Həm güləş azarkeşlərini sevindirək, həm də Federasiya rəhbərliyinin etimadını doğruldaq.
Qeyd edək ki, yunan-Roma güləşçiləri “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin ilk yarış günündə mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [13:14]
Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb
- 15.06.2026 [13:09]
"Sabah"ın yeni idman direktorunun adı məlum olub
- 15.06.2026 [13:01]
İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır
- 15.06.2026 [02:26]
Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər
- 14.06.2026 [23:21]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:02]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [21:40]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [20:43]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]