YUNANISTAN BAKI-TBİLİSİ-ƏRZURUM LAYİHƏSİNƏ QOŞULMAQ NİYYƏTİNDƏDİR
Yunanıstan Xəzər qazının Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqlinə dair layihəyə qoşulmaq niyyətindədir. Yunanıstan Respublikasının inkişaf məsələləri naziri Apostolos Tsoxadzopulosun ölkəmizə iki günlük səfəri zamanı Azərbaycan tərəfi ilə müvafiq razılaşma əldə edilmişdir. Yunanıstan və Türkiyə hökumətləri, habelə Yunanıstanın “DEPA” və Türkiyənin “BOTAŞ” sirkətləri arasında lazımı sazişlər imzalanmışdır. Yunanıstan naziri jurnalistlərə bildirmişdir ki, bu məqsədlə Yunanıstan ərazisində 80 kilometr, Türkiyə ərazisində isə 200 kilometr uzunluğunda yeni boru kəmərləri çəkiləcəkdir. Tikintinin Türkiyə hissəsini Avropa Birliyi maliyyələşdirəcəkdir. Tikintini 2004-cü ildə başa çatdırmaq nəzərdə tutulmuşdur. Yunanıstanın Bakı-Tbilisi-Ərzurum layihəsinə qoşulmasından əsas məqsəd Xəzər qazının Balkan yarımadası ölkələrinə, oradan da Qərbi Avropaya daşımaqdır. Hazırda Avropa Birliyi ölkələrinin təbii qaza olan ehtiyacının 30 faizi Rusiya qazı hesabına təmin edilir.
Yunanıstan nümayəndə heyətinin səfəri zamanı İqtisadi İnkişaf Nazirliyində, ARDNŞ-də, Gənclər, İdman və Turizm Nazirliyində, Yanacaq və Energetika Nazirliyində görüşlər keçirilmiş, energetika, ticarət, turizm, habelə gənclərin nümayəndə heyətləri arasında mübadilə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur. Yunanıstan Azərbaycanda özəl sektorun inkişafı üçün xüsusi proqramları və təhsil sahəsində proqramları gerçəkləşdirməyə başlamaq niyyətindədir.
Yunanıstanın inkişaf naziri bildirmişdir ki, səfər zamanı mətbuat üçün birgə bəyanat qəbul ediləcəkdir. Bəyanatda Xəzər regionundan təbii qaz alınmasına dair Yunanıstanın “DEPA” şirkəti ilə ARDNŞ arasında əməkdaşlıq təşəbbüsü bəyənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [10:30]
® “SİMA İmza” ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!
- 22.09.2026 [10:14]
Qızıl və gümüşün ucuzlaşması davam edir VİDEO
- 22.09.2026 [10:09]
Birjalarda neft bahalaşıb VİDEO
- 22.09.2026 [09:39]
Azərbaycan nefti 116 dollara satılır VİDEO
- 21.09.2026 [18:11]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
- 21.09.2026 [17:33]
Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir
- 21.09.2026 [17:28]