Yunanıstan Makedoniyanın Avropa İttifaqına qoşulması üçün əsas şərtini açıqlayıb
Afina, 18 aprel, AZƏRTAC
Yunanıstanın Xarici İşlər Nazirliyi Makedoniyanın Avropa İttifaqına daxil olması üçün əsas şərtin Makedoniya Respublikasının Konstitusiyada adının dəyişdirilməsi olduğunu bəyan edib.
AZƏRTAC XİN-in bəyanatına istinadla xəbər verir ki, Yunanıstan Avropa İttifaqının genişlənməsini dəstəkləyir və yeni daxil olacaq ölkələrin beynəlxalq hüququn və müsbət qonşuluq münasibətlərinin qorunması şərtlərinə riayət etməsini gözləyir.
Qeyd edək ki, Yuqoslaviyadan ayrılan Makedoniya Respublikasının adı ilə bağlı Yunanıstanla davam edən münaqişə ölkənin Avropa İttifaqına, o cümlədən NATO-ya daxil olması üçün əsas əngəllərdən biridir. Yunanıstanın Makedoniyanın adının dəyişdirilməsinə təkid etməsi eyni adda bölgənin Yunanıstanda mövcud olduğu ilə bağlıdır. Problemin yaxın aylarda həll edilməsi gözlənilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]