YUNANISTAN PREZİDENTİ BAKIYA GƏLƏCƏK
Səfər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarət edilməsilə başlanacaqdır.
Səfərin proqramına uyğun olaraq, Yunanıstanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə, habelə Milli Məclisin sədri Murtuz Ələsgərov və Baş nazir Artur Rasizadə ilə görüşəcəkdir.
Danışıqların yekunlarına əsasən, ticarətin inkişaf etdirilməsinə, ikiqat vergi qoyulmasına yol verilməməsinə, sərmayələrin qarşılıqlı müdafiəsinə və təşviqinə, avtomobil və hava nəqliyyatı, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair bir neçə saziş imzalanacağı gözlənilir.
Yunanıstan Prezidenti Bakı Slavyan Universitetinə və Dövlət İqtisad Universitetinə gedəcək, habelə Olimpiya oyunlarına həsr olunmuş sərginin açılışında iştirak edəcəkdir.
Səfər çərçivəsində Azərbaycan-Yunanıstan iqtisadi forumu keçiriləcəkdir. Diplomat xüsusi vurğulamışdır ki, Konstantinos Stefanopulosu Yunanıstanın işgüzar dairələrinin təmsilçilərindən ibarət geniş nümayəndə heyəti müşayiət edəcəkdir. Onlar Azərbaycan sahibkarları ilə fəal danışıqlar aparacaqlar.
Səfər iyunun 22-də M.Maqomayev adına Dövlət Filarmoniyasında Azərbaycan və Yunanıstan musiqiçilərinin birgə konserti ilə başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]