Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yürüdülən uğurlu xarici siyasət Azərbaycanı yeni mərhələyə - Zəfər dövrünə gətirib çıxarıb - ŞƏRH

Yürüdülən uğurlu xarici siyasət Azərbaycanı yeni mərhələyə - Zəfər dövrünə gətirib çıxarıb -  ŞƏRH

Bakı, 14 avqust, AZƏRTAC

Dövlətlər tarixi-siyasi, ictimai-iqtisadi münasibətlərdəki əhəmiyyətli dəyişiklikləri özündə ehtiva edən müxtəlif formasiyalardan keçərək geriləmə və ya intibah dövrlərini yaşayır, zaman-zaman kiçilib-böyüyərək beynəlxalq münasibətlər səhnəsindən ya silinir, ya da özünün qızıl dövrünə qədəm qoyurlar. Məsələn, Avropa üçün qızıl dövr Franko-Prussiya (indiki Fransa-Almaniya) savaşlarından sonra Birinci Dünya müharibəsinədək olan müddəti əhatə edir. İslam dünyası üçün qızıl dövr VIII-XIII əsrlərdəki hərbi qələbələr və mədəni intibahla əlaqəlidir. Ümumiyyətlə, intibah hər zaman hərbi qələbə və mədəni-ideoloji yüksəlişin vəhdətindən doğur. Müasir Azərbaycan tarixinin qızıl dövrünün açarı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyində qazanılan Qarabağ Zəfəridir. 2020-ci ilin 44 günlük müharibəsi, 2021-2023-cü illəri əhatə edən hərbi əməliyyatlar və ən nəhayət ötən il sentyabrın 19-20-də keçirilən birgünlük antiterror tədbirlərinin ümumi adı - tarixi Qələbəmiz ərazilərimizin bütövlüyü, suverenliyimizin bərpası ilə nəticələndi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən indiyədək uğurla həyata keçirilən xarici siyasət bizi yeni tarixi mərhələyə - Zəfər dövrünə gətirib çıxardı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

O deyib ki, ötən 20 ilə nəzər salarkən bizi Zəfərə gətirən ən mühüm xarici siyasət amilləri kimi Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi, etibarlı tərəfdaşlığın bütün platformalarda özünü doğrultması, balanslı siyasət yürütməklə qlobal və regional aktorların bir-birinə zidd maraqlarının uzlaşdırılması, qlobal təlatümlərə və təzyiqlərə baxmayaraq, ümummilli amallardan imtina edilməməsi göstərilə bilər.

Bunların nəticəsində ötən dövr ərzində Ermənistanın işğal siyasətinə qarşı bütün beynəlxalq instansiyalar səfərbər olundu, çox sayda qətnamə və bəyanat (1993-cü ildə BMT TŞ-də qəbul edilən 4 və 2008-ci il BMT Baş Assambleyasında qəbul edilən 1 qətnamə, ATƏT PA və AŞPA-nın 2005-ci il qətnamələri, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların müvafiq sənədləri) qəbul edildi. Hətta ölkəmizə qarşı ən qərəzli qüvvələr belə Azərbaycanın haqlı mövqeyi ilə razılaşmaq məcburiyyətində qaldılar. Ən nəhayət Ermənistanın baş naziri Nikol Paşinyan da 2022-ci ildə Praqada “Qarabağ Azərbaycandır” deməli oldu.

Diqqətə çatdırılıb ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” əsasında Prezident İlham Əliyevin dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri (2006-cı ildə), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (2007-ci ildə), Cənub Qaz Dəhlizi fəaliyyətə başlayıb, Azərbaycan enerji marşrutlarının şaxələndirilməsi siyasəti həyata keçirməyə çalışan ölkələr, o cümlədən Gürcüstan, Türkiyə və Avropa dövlətləri üçün etibarlı tərəfdaşa çevrilib. Hər siyasi böhranda “soyuq qış” yaşayan Avropa İttifaqı 2022-ci il iyulun 18-də Azərbaycan ilə enerji sahəsində Strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Azərbaycan, sadəcə, enerji sahəsində deyil, regionumuzu əhatə edən bütün geosiyasi hadisələrdə, tektonik hərəkətlənmələrdə daim etibarlılıq göstərib. Odur ki, Türkiyə ilə dostluq-qardaşlıq münasibətlərimiz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi, Rusiya ilə etibarlı tərəfdaşlıq 2022-ci il fevralın 22-də Moskva Bəyannaməsi, Rusiya və İranla (Şimal-Cənub dəhlizinə dair) geosiyasi və kommunikasiya əlaqələrinin inkişafı 2022-ci il sentyabrın 9-da Bakı Bəyannaməsi ilə taclandırılıb. İranla münasibətlər 2023-cü ilin yanvarında Tehrandakı səfirliyimizə edilən terror hücumundan sonra aparılan 1 il yarımlıq danışıqlar nəticəsində bərpa olundu. İsraillə son 20 ildə artan hərbi-strateji əməkdaşlığımız 2023-cü ilin martında Təl-Əvivdə səfirliyimizin fəaliyyətə başlaması ilə ən yüksək qiymətini aldı. Hazırda İsrail-İran gərginliyi fonunda hər kəs bilir ki, Azərbaycan münaqişəyə müdaxil olmayacaq. İsrail-Fələstin münaqişəsində də Azərbaycan daim ədalətli mövqe seçib, Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanıyan iki dövlət modelini dəstəkləyib. Belə ki, bu mövqe Ərəb Dövlətləri Liqasına üzv ölkələr tərəfindən də dəstəklənməkdədir.

Ş.Cəlilzadə bildirib ki, Azərbaycanın Türkiyə və Türk dünyası ilə münasibətləri ayrıca bir fəsil təşkil edir və bu fəslin adı “bahardır”, “inkişafdır”, “çiçəklənmədir”. Hətta Türkmənistanla qalan yeganə anlaşmazlıq da (Xəzərin dibinin bölünməsi ilə bağlı) 2018-ci ildə həll olundu və artıq Azərbaycan Türkiyə ilə birgə Türk dünyasını birləşdirən mühüm qüvvə hesab olunur. Azərbaycan öz Bayrağındakı yaşılın da haqqını verməyə çalışır və 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması təsadüfi deyil. Bu həmrəylik dünyada, xüsusilə Qərbdə hökm sürən islamofobiya ilə mübarizə, mədəniyyətlərarası dialoqun inkişafı üzrə proqramlarla müşayiət olunur. Azərbaycan üçün bu istiqamətdə ən uğurlu beynəlxalq siyasi platformalardan biri Qoşulmama Hərəkatıdır ki, burada 4 illik sədrlik dövründə (2019-2023) ölkəmiz qlobal hadisələrin, xüsusilə antikolonial siyasətin lokomotivinə çevrildi. Beləliklə, son 20 ildə həyata keçirilən xarici siyasət Azərbaycanın öz milli maraqlarını təmin etməyə çalışan dövlətdən qlobal müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin maraqlarını qoruyan, bu yolda onlara dəstək verən dövlətə transformasiyası ilə müşayiət olunmaqdadır. Təbii ki, bütün bunlar bir sıra qlobal güclərin təzyiqləri ilə nəticələndi. Xüsusilə Vətən müharibəsindəki şanlı Qələbə anti-Azərbaycan dairələrin aktivləşməsinə səbəb oldu (AŞPA-da fəaliyyətimizin dondurulması, bir sıra Aİ və AP qətnamələri, Fransadan təzyiqlər, informasiya-təbliğat hücumları, Beynəlxalq Ədalət Məhkəməsində qaldırılan işlər, anti-Azərbaycan xarakterli saxta hesabatlar vurğulana bilər). Azərbaycanı hər zaman daha böyük-regional münaqişəyə çəkmək istəyən, “Cənubi Qafqazın Suriyası” etməyə çalışanlar oldu. İndiki halda ölkəmizdə İsrail hərbi bazalarının olduğunu iddia edənlərlə Azərbaycanın İkinci Qarabağ savaşında Suriya muzdlularından istifadəni iddia edən qüvvələr eyni məqsədə xidmət göstərirlər. Halbuki Qarabağ Zəfərindən sonra Azərbaycanın əsas məqsədi “Cənubi Qafqazın İsveçrəsi, yaxud Sinqapuru” olmaq ola bilər. Uzaq Şərq zonasından örnək gətirmişkən qeyd etmək yerinə düşər ki, hazırda dünyanın ağırlıq mərkəzi Şərqə doğru yönəlməkdədir və dünyada yeni nizam yaratmağa çalışan, buna qadir güc olaraq Çin beynəlxalq siyasət məkanında aktivləşməkdədir. Bu çərçivədə Azərbaycanın ŞƏT və Avrasiya İqtisadi Birliyi ilə münasibətləri də yenidən nəzərdən keçirilir. Bütün bunlar - qlobal siyasi hərəkətlənmələrə anında və adekvat cavab vermək, müstəsna siyasi düşüncə və təşkilatlanma bacarığı tələb edir ki, bu bacarıqların sahibi olaraq Prezident İlham Əliyevin liderliyində Azərbaycanın son 20 illik siyasətinin Zəfərlə nəticələndiyini bir daha xatırlayaq.

“Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri İlham Əliyevin strateji baxışlarına ümumxalq dəstəyi, “Böyük Zəfər” missiyasının həyata keçirilməsində Azərbaycan xalqının milli iradəsinin təsdiqi və ali hüquqi münasibəti olaraq dəyərləndirildi. İndi isə sentyabrın 1-nə təyin edilmiş növbəti seçki - növbədənkənar parlament seçkiləri ərəfəsindəyik. Bu seçki Qalib Azərbaycanın yeni siyasi erasının - Zəfər dövrünün uğurlu təşkili məqsədilə idarəetmə sisteminin reformasiyası üçün mühüm siyasi alət olaraq qiymətləndirilə bilər. Parlamentin yeni tərkibindən mühüm gözləntilər olacaq, çünki onlar qalib Azərbaycanın deputatları kimi mühüm strateji, o cümlədən hərbi-siyasi, sosial-iqtisadi, mədəni-ideoloji intibaha dair vəzifə və öhdəliklərin daşıyıcıları olacaqlar.

Siyasi müstəqilliyimizin ən yüksək səviyyədə qorunması ilə yanaşı, beynəlxalq siyasi müstəvidə atılan praqmatik addımlar, sürətli iqtisadi inkişaf, xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın dünya dövlətləri və xalqları arasında nüfuzunu daha da artırıb, ölkəmizə güvənilən müttəfiq və sabit ada görünüşü bəxş edib. Bugünkü dünyada beynəlxalq gücün dəyərləndirilməsində texnologiya, təhsil və iqtisadi böyümə kimi amillər önəm qazanmaqdadır. Azərbaycanın yeni dövrü - Zəfər mədəniyyəti, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-ideoloji, hərbi və s. həyatın bütün sahələrini əhatə edən tərəqqi ilə öz zirvəsinə çata bilər”, - deyə Ş.Cəlilzadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək