ZAQATALA TÜTÜN EMALI ZAVODU İLİN SONUNADƏK İSTİFADƏYƏ VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, “İnter Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xətti ilə Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində inşa edilən tütün emalı zavodunun tikintisi iş cədvəlinə uyğun davam etdirilir.
İnşasına 2007-ci ilin sentyabrında başlanılan zavodda gün ərzində 2,5 ton quru tütün emal olunacaqdır.
Zavodun ümumi ərazisi 3 hektar, əsas korpusun sahəsi isə 7900 kvadratmetrdir.
Bundan əlavə, zavodun həyətində 3344 kvadratmetr sahəsi olan anbar binası, transformator stansiyası, qazanxana da inşa edilir. Hazırda müəssisədə ABŞ-ın “Evans Mac Tavish” və İtaliyanın “Godioli Bellanti” şirkətlərinin istehsalı olan ən müasir avadanlıq quraşdırılır.
Müəssisədə ətirli “Virciniya” sortlu tütün emal olunacaqdır. MMC-yə məxsus qurutmaxanalarda qurudulmuş tütün yarpağı zavodda baş və yan damarlardan təmizlənəcək, karton yeşiklərə qablaşdırılaraq, alıcı müəssisələrə göndəriləcəkdir. Məhsulun keyfiyyət göstəriciləri beynəlxalq bazarın tələblərinə tam cavab verəcəkdir. Zavodda birnövbəli iş rejimində 50 nəfər çalışacaqdır.
Zavodun tikintisini “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinin (GETYM) inşaatçıları həyata keçirirlər. Tikintidə 80 nəfərə yaxın işçi çalışır. Müəssisənin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]