ZAQATALADA AHILLAR GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 2-də Zaqatala şəhərində Beynəlxalq Ahıllar günü münasibətilə bayram tədbiri keçirilmişdir.
“Büllur” şadlıq sarayında keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Ağakişiyeva ahılları əlamətdar gün münasibətilə təbrik etmiş, ölkəmizdə yaşlı vətəndaşların, tənha və kimsəsizlərin daim diqqət və qayğı ilə əhatə olunduqlarını, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Tədbirdə rayon əhalinin sosial müdafiəsi mərkəzinin müdiri Elman Muradov çıxış edərək, ahılların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, ahıl vətəndaşlara qayğının hər kəsin mənəvi borcu olduğunu xüsusi vurğulamışdır.
Mərasimdə çıxış edən ahıl vətəndaşlar diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayon əhalinin sosial müdafiəsi mərkəzinin himayəsində olan 80 nəfər ahıl vətəndaşa bayram sovqatı paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]