Zaqatalada qol güləşi üzrə turnirdə 40-dək yeniyetmə və gənc gücünü sınayıb
Zaqatala, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda yeniyetmə və gənclər arasında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş qol güləşi idman növü üzrə rayon turnirinə yekun vurulub. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Zaqatala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən yarışda 4 çəki dərəcəsi üzrə 40-dək könüllü idmançı qüvvəsini sınayıb.
Rayon gənclər və idman sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışın yekun nəticələrinə əsasən, ayrı-ayrı çəki dərəcələri üzrə Camal Balayev, Nicat İsayev, Saleh Muradov və Zakir Lələşov turnirin qalibi adını qazanıblar.
Hər çəki dərəcəsi üzrə ilk yerləri tutan idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.