ZAQATALADA TƏŞKİL EDİLƏN BEYNƏLXALQ SKAUT DÜŞƏRGƏSİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Norveç Milli Skaut Assosiasiyası ilə birgə Zaqatala rayonunun Car kəndi yaxınlığında təşkil etdikləri Beynəlxalq skaut düşərgəsi başa çatmışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Milli Skaut Assosiasiyası Oslo şəhər təşkilatı rəhbərinin müraciəti əsasında təşkil olunmuş beynəlxalq düşərgədə hər iki ölkəni təmsil edən 120 nəfər gənc istirahət etmişdir. “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)” tələblərinə uyğun keçirilən bu tədbir respublikamızın gənclərinin beynəlxalq əlaqələrini, dünya gəncləri ilə əməkdaşlığını daha da genişləndirmək, onların ahəngdar inkişafına, habelə asudə vaxtının və yay tətili günlərinin mənalı və səmərəli keçməsinə şərait yaratmaq məqsədi daşıyırdı. Düşərgə günlərində gənclər zaqatalalı gənclərlə də sıx təmasda olmuş, rayonun görməli yerlərini gəzmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]