ZAQATALALI FERMERLƏR “AQROLİZİNQ”İN XİDMƏTİNDƏN İSTİFADƏ EDİRLƏR
Zaqatala, 23 yanvar (AZƏRTAC). 2006-cı ildən fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zaqatala rayon filialı fermerlərin kənd təsərrüfatı texnikası, mineral gübrə və bitki mühafizə vasitələrinə olan tələbatının ödənilməsinə yaxından kömək göstərir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, ötən dövr ərzində filiala ümumi dəyəri 490 min manat olan 49 adda müxtəlif növ kənd təsərrüfatı texnikası və aqreqat gətirilmişdir. Bundan əlavə, əkin torpaqlarının keyfiyyətinin yaxşılaşdırılması və məhsuldarlığının artırılmasına kömək məqsədilə son iki ildə filial tərəfindən fermerlərə güzəştli qiymətlərlə 679 ton azot və 369 ton fosfor gübrəsinin satışı da təmin edilmişdir.
Fermerlərə servis xidməti göstərmək üçün filialın Yengiyan kəndində səyyar dəstəsi fəaliyyət göstərir. Gələcəkdə Əliabad və Göyəm kəndlərində də belə dəstələrin yaradılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]